
Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlər arasında Türkiyə vətəndaşları yoxdur.
Modern.az xəbər verir ki, türk mətbuatı 18 vətəndaşının itkin olduğunu bildirir. Bu barədə açıqlama verən Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez aqibəti bəlli olmayan vətəndaşlarından hələlik heç bir xəbər ala bilmədikıərini deyib: “Hazırda Türkiyə vətəndaşlarının ölməsi barədə məlumat yoxdur, qəti cavab vermək hələ tezdir. Zəvvarların keçid qrafikinə əsasən, faciə baş verən zaman orada Türkiyə vətəndaşları olmamalı idi. Lakin, qadağalara baxmayaraq, Türkiyənin iki zəvvarlıq agentliyi, razılaşdırılmış qrafikə zidd olaraq, Məkkəyə bir qrup zəvvar göndərib.18 nəfərin aqibəti bizə məlum deyil. Araşdırma davam edir”.
Qeyd edək ki, Mina dağında baş verən faciədə ölənlərin sayı 700- ü keçib.
Modern. az