Mina dağında yaranan basabas nəticəsində 700-dən çox adam ölüb. Modern.az xəbər verir ki, faciədə ölənlər arasında azərbaycanlı da var. Belə ki, Mina dağından geri qayıdarkən 60 yaşlı azərbaycanlı zəvvar Fəxrəddin Zeynalov dünyasını dəyişib.
O, Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Zəvvarın nə zaman dəfn ediləcəyi bəlli deyil. Hələlik sənədləşdirmə işləri aparılır.
Digər iki azərbaycanlı zəvvarın isə səhhəti günvurma səbəbindən pisləşib.
Hər iki zəvvar xəstəxanaya yerləşdirilib.Zəvvarların sentyabrın 29-u vətənə dönəcəkləri gözlənilir.
Modern.az