“Minsk Qrupunun həmsədrləri münaqişənin həlli ilə əlaqədar Azәrbaycan vә Ermәnistanın rәsmi şәxslәri ilə təmasdadırlar". Modern az bildirir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, hәmsәdrlәr Azərbaycanın və Ermənistanın qoşunlarının təmas xəttində gərginliyi azaltmağa çalışırlar. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın vaxtlarda Nyu-Yorkda görüşəcəklər. (Trend.az)Modern.az