Modern.az

“Ətin qiymətinin ucuzlaşması müvəqqətidir” - AÇIQLAMA

 “Ətin qiymətinin ucuzlaşması müvəqqətidir” - AÇIQLAMA

Təhsil

25 Sentyabr 2015, 09:43

Ölkədə ərzaq və ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edildiyi son günlərdə nəyinsə qiymətinin ucuzlaşması gözlənilən deyil. Bunun əksinə azərbaycanlıların qida rasionundan çıxarmadığı dana və quzu ətinin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb. Məsələn, 7.5 manat və 8 manata təklif edilən dana əti 7 manata, 9-10 manata satılan quzu əti isə 8 manat və 8.5 manata alıcılara təklif edilir. Məsələ burasındadır ki, bu dəfə də alıcılarda kifayət qədər imkan yoxdur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az saytına ucuzlaşmanın bəzi səbəblərini açıqlayıb: “Qurban Bayramında yaxşı gəlir əldə etmək üçün bəzi sahibkarlar qonşu ölkələdən çoxlu sayda diri heyvan idxal ediblər. Ancaq əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə almayan tədarükçülər heyvanların satışı ilə bağlı ciddi problemlərlə qarşılaşıblar. Yerli fermerlər də bazara çıxartdıqları heyvanları alıcı azlığı səbəbindən ucuz qiymətə təklif etməyə məcbur olublar.

İlk günlərdə təmiz ət çəkisinin bir kiloqramını 9-10 manata təklif edən sahibkarlar sonradan qiymətləri endirməli olublar”.

Ekspert deyib ki, proses bazarda təklifin azalması və qiymətlərin artması ilə müşahidə olunacaq:

“Əlbəttə, alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən tələbin azalması çox ciddi məsələdir. Belə halda qiymətlərin müvəqqəti enməsi mümkündü. Bazarda tələbin azalması təbii olaraq istehsalın da azalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, gələcəkdə ət bazarında təklifin azalması, qiymətlərin isə artımı baş verəcək”.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi