Türkiyə baş naziri Əhməd Davudoğlu “Facebook” sosial şəbəkəsində özünə hesab açıb. Modern.az saytı Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir ilk statusunda Qurban bayramı səbəbiylə Facebook.com/A.Davutoglu ünvanından bunları qeyd edib:
“Dəyərli vətəndaşlarım, mübarək Qurban bayramınızı təbrik edirəm. Bayram günlərini xoşbəxtlik içərisində keçirmənizi diləyirəm. Evlərində oturub qonaq gözləyən yaşlı insanlar, inanın hər birinizin qonağı olmaq istərdim”.Nazir sürücülərə də müraciət edib: “Yolda olanlara mesajım budur: Bayram sevincini hər hansı acı ilə pozmamaq üçün aman diqqət edin. Bütün millətimin bayramını təbrik edirəm”.
Gülşən RAUFQIZI