ABŞ prezidenti Barak Obama və onun rusiyalı həmkarı Vladimir Putin sentyabrın 28-də BMT-nin Baş Assambleyasının illik iclası zamanı 1 saatlıq təkbətək görüş keçirəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov faktı təsdiqləyib. Onun sözlərinə görə danışqılarda əsas mövzular Suriya münaqişəsi və Ukraynanın şərqində baş verən hadisələr olacaq.
Vladimir Putinin sədər planına əsasən sentybarın 28-də o, Nyu-Yorka gələcək. Burada Baş Assambleyanın iclasında iştirak edəcək, daha sonra özü tribunadan çıxış edəcək. Çıxışını bitirdikdən sonra Putin BMT-nin Baş katibi Pan Gi Munla, ardınca Yaponiya baş naziri Sintze Abe və nəhayət, ABŞ prezidenti Barak Obama ilə görüşəcək.Əksər ekspertlər Putin-Obama görüşünü Rusiyanın beynəlxalq təcidən çıxması və ona qarşı sanksiyaların zəifləməsinə bir siqnal olduğunu bildirir.
Vüqar İsmayılov