Leonardo Da Vinçinin məşhur "Vokonda" əsərinin prototipi olan Liza Gerardininin qalıqları aşkarlanıb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Florensiyalı tacir Françesko del Cokondanın həyat yoldaşı olan Liza Gerardini Da Vinçi üçün şedevr əsərinin ilham mənbəyi olub.
İtaliya alimləri Gerardini ailəsinə məxsus sərdabəni açaraq oradan çoxlu insan qalıqları aşkarlayıblar. DNT analizləri isə həmin qalıqlardan yalnız birinin Liza Gerardinin yaşadığı dövrə təsadüf etdiyin aydınlaşdırıblar.Hazırda sərdabədə araşdırmalar davam edir.
Vüqar İsmayılov