Məkkədə-Mina dağında baş verən faciədə 4 Türkiyə vətəndaşı həlak olub. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki,bu barədə Məkkədəki Həcc İdarə Mərkəzindən məlumat verilib.
Eyni zamanda itkin düşən 5 Türkiyə vətəndaşının da axtarışlarının davam etdiyi bildirilib. Türkiyə tərəfinin verdiyi məlumata görə ölənlər, Həcc ziyarətinə İzmir, Sivas, Samsun və Yozgatdan gediblər. Yaxınlarına məlumat verildikdən snra onların kimliklərinin mediaya açıqlanacağı deyilib.Son məlumatlara görə Mina dağında izdiham zamanı ölənlərin sayı 753, yaralıların sayı 887 nəfərə çatıb.
Gülşən RAUFQIZI