Bu gün şair Məmməd Aslanın üç mərasimidir. Modern.az saytı xəbər verir ki, Mərasim Nəsimi bazarının yanındakı xeyir-şər evində keçiriləcək.
Məmməd Aslan uzun müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi. O, sentyabrın 23-də gecə saatlarında dünyasını dəyişib. 75 yaşlı şair Masazırda, Kəlbəcərdən olan məcburi köçkünlərin qəbristanlığında dəfn edilib.
Modern.az