Modern.az

Bu şəhərdə son 90 ilin ən isti havası qeydə alınıb

Bu şəhərdə son 90 ilin ən isti havası qeydə alınıb

25 Sentyabr 2015, 15:18


Sinoptiklərin məlumatına görə, sentyabrın 25-də Moskvada havanın hərarəti bu ayın üçüncü ən rekord həddinə çatıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, meteoroloqların sözlərinə görə, cənub küləyi şəhərə 90 il əvvəlki rekord istiləri gətirib.

Bu gün Moskvada havanın hərarəti müsbət 26,3 dərəcəyə qədər isinib. Bu, 1925-ci ildəki rekorddan çoxdur. O zaman şəhərdə 22,5 dərəcə isti qeydə alınıb.

Moskvada rekord hava hərarəti payızda iki dəfə qeydə alınıb. Sentyabrın 18-də Rusiya paytaxtında yerli vaxtla saat 15:00-da havanın hərarəti 25,5 dərəcəyə qədər yüksəlib. Sentyabrın 24-də isə istilik 24,6 dərəcə olub. Bu da 2003-cü ildəki rekorddan 1,5 dərəcə çoxdur.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi