Rusiyanın paytaxtı Moskvada Suriyada döyüşmüş "İslam dövləti" qruplaşmasının 2 üzvü həbs olunub. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, onlar Moskvanın Şeremetyevo hava limanında saxlanılıblar. Məlumata görə, 23 yaşlı Əhməd Əmirxanov və 26 yaşlı Kərim Xatiyev bir neçə gün öncə Suriyadan Rusiyaya qayıdıblar və "İslam dövləti" qruplaşmasının komandirləri tərəfindən Moskvada diversiya aktları törətmək təlimatı alıblar.
Həbs olunan şəxslər barəsində cinayət işi açılıb.
Vüqar İsmayılov