Modern.az

Nazir onu öldürmək istəyən şəxsin yerinə girov qoydu

Nazir onu öldürmək istəyən şəxsin yerinə girov qoydu

25 Sentyabr 2015, 15:50


Ukraynanın daxili işlər naziri Arsen Avakov ona qarşı sui-qəsd hazırlayan və buna görə hazırda həbsxanada saxlanılan "Slobojanşina" batalyonuun komandiri Andrey Yanqolenkonun məhkəməyə qədər azadlığa buraxılması üçün girov pul ödəyib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Avakov öz şəxsi Facebook səhifəsində yazıb.

"Həyat çox qəribədir, dostlar. İndicə məhkəməyə Andrey Yanqolenkonun zaminə buraxılması üçün girov pul ödədim".

"Slobojanşina" batalyonun komandiri Arsen Avakov daxil olmaqla, Ukraynanın bir çox dövlət məmuruna qarşı sui-qəsd planı hazırlamaq ittihamı ilə saxlanılmışdı.

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi