Yanğın hadisəsi biçilmiş taxıl sahəsində baş verib. Modern.az Fövqəlada Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, İlxıçı Həsən Əfəndi kəndində bələdiyyəyə məxsus ərazidə 60 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.
Qonşu ərazilər yanğından mühafizə olunub. Yanğın saat 18:25-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az