Belarusun indiki prezidenti Aleksandr Lukaşenkonun seçki fonduna 1,3 milyard Belarus rublu (73 min dollara yaxın) daxil olub və bunun indiyədək 1,6 min dollara yaxını xərclənib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda sentyabrın 25-də Belarusun Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda qeyd edilir ki, prezidentliyə digər namizəd Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviçin seçki fonduna 35 milyon Belarus rublu (2 min dollara yaxın) daxil olub və onun 1,5 min dollara yaxını təbliğat kampaniyası zamanı xərclənib. “Həqiqəti danış” vətəndaş kampaniyasının fəalı Tatyana Korotkoveçin fonduna indiyədək 8,7 milyon Belarus rublu (440 min dollara yaxın) yığılıb və 163 min dollara qədəri xərclənib.
Belarus Vətənpərvərlik Partiyasının sədri Nikolay Ulaxoviçin fonduna yığılan məbləğ 1,7 min dollara yaxın və əsas hissəsi sərf olunub.
Belarus MSK-da qeyd edilib ki, prezidentliyə namizədlərin seçki fondlarının formalaşdırılması onun özünün şəxsi pulu, könüllü xeyriyyəçi vətəndaşlar və hüquqi şəxslə vasitəsilə həyatakeçirilir. Bu halda həmin məbləğ 1,62 milyard Belarus rubldan (91 min dollara yaxın) çox olmamalıdır.
Belarusda prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.
Modern.az