Modern.az

Tələbə köçürmələri səbəbindən bəzi fakültələtdə məzunları sayı plandan çox olur

Tələbə köçürmələri səbəbindən bəzi fakültələtdə məzunları sayı plandan çox olur

Təhsil

26 Sentyabr 2015, 11:11


Hər il ali təhsil müəssisələrinin müxtəlif fakültələrinə çoxlu sayda tələbə qəbul olunur. Bu tələbərin əksəriyyəti seçdiyi ixtisaslar üzrə oxusa da, bir çox hallarda onların bəziləri ixtisaslarını və ya oxuduqları ali təhsil müəssisələrini dəyişmək istəyirlər. Məhz bu kimi hallar səbəbindən bəzi fakültələrdə buraxılışların sayı ora qəbul olan tələbələrin sayından çox olur.

Modern.az bununla bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışıb.

Nazirliyin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov Modern.az-ın sorğusuna cavab olaraq bildirb ki, Azərbaycan Respublikası təhsil nazirinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a görə, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir.

Nazirlik rəsmisi bildirib ki, tələbələrin köçürülməsi zamanı hər hansı rüsumun ödənilməsi tələb olunmur. Amma ötən tədris ilində nə qədər tələbənin universitet və ya fakültələrini dəyişmələri haqqında heç bir məlumat verilməyib.


Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi