Modern.az xarici mətbuata istinadən bildirir ki, Yaponiyada idman naziri istefa verib. Bunun səbəbi növbəti Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə əlaqədardır. Belə ki, Tokio 2020-ci ilin Olimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulan 3 şəhər (İstanbul və Madrid) içərəsindən seçilib. Ancaq bu qələbə ölkədə böyük müzakirələrə səbəb olub. Olimpiya Oyunlarının keçiriləcəyi stadionun dizaynı və maliyyəsinin çoxluğu səbəbindən Yaponiya idman naziri istefa vermək məcburiyyətində qalıb. Üstəlik o, son 6 ayda aldığı maaşın yarısından da imtina edəcək.
Aytən ZƏHRA