Modern.az

27 sentyabrın hava PROQNOZU

27 sentyabrın hava PROQNOZU

Təhsil

26 Sentyabr 2015, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyinin əsəcəyi ehtimalı var.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30 dərəcə, Bakıda isə gecə 17-19 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda isə gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi