Modern.az

Bu ölkədə müdafiə nazirinin müavini 5 il qiyama hazırlaşıb

Bu ölkədə müdafiə nazirinin müavini 5 il qiyama hazırlaşıb

Təhsil

26 Sentyabr 2015, 14:25



Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda 2010-cu ildən başlayaraq hərbi qiyama hazırlaşıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda respublikanın baş prokurorluğunun bəyanatında qeyd edilir.

Bundan əvvəl Tacikistanın Daxili İşəlr Nazirliyi xəbər verib ki, Nazarzoda, hüquq-mühafizə orqanlarının versiyasına görə, cinayətkar qruplaşmaya rəhbərlik edib və həmin qruplaşma Ramit dərəsinin Qusqev adlanan ərazisində uzunmüddətli əməliyyatlar nəticəsində məhv edilib.

Sentyabrın 4-də bu quldur dəstəsinin üzvləri müdafiə naziri Abdulahalim Nazarzodanın rəhbərliyi altında Düşənbə və Vəhdətdə eyni vaxta iki hücum təşkil ediblər. toqquşmalar zamanı 17 polis və hərbçinin öldüyü bildirilirdi.

 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi