Sentyabrın 25-də Gəncə şəhər sakini Ş.M (qadın) Nizami (Gəncə) rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, həmin gün həmyerlisi Anar Məcməddinov onu sosial şəbəkədə rüsvay edəcəyi və ailəsinə böhtan ataçağı ilə hədələyib. Qadının sözlərinə görə, ondan 530 manat tələb edəndən sonra Anar Məcməddinov cari il iyul ayından sentyabr ayınadək olan müddətdə isə 7000 manat pulunu və qızıl əşyalarını alıb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb.
Araşdırma aparılır.
Modern.az