Modern.az

AXCP qurultay keçirir - FOTOLAR

AXCP qurultay keçirir - FOTOLAR

27 Sentyabr 2015, 13:37


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultay keçirir.

Modern.az xəbər verir ki, tədbir Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir. Qurultay dövlət himninin səsləndirilməsi ilıə başlayıb. 5 nəfərdən ibarət Say və Mandat Komissiyası, 3 nəfərdən ibarət sədarət formalaşdırılıb.  

Qurultaya sədarət, katiblik və mandat komissiyası seçilib. AXCP sədri Əli Kərimli hesabat məruzəsi edir.

Qurultayda jurnalistlər, Milli Şuranın Koodinasiya Mərkəzinin üzvləri, siyasi-ictimai xadimlər, xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edir.

Tədbirdə qurultay nümayəndələri ilə bir yerdə 1000 nəfər iştirak etdiyi bildirilib.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi