Modern.az

Əli Kərimli yenidən AXCP sədri oldu

Əli Kərimli yenidən AXCP sədri oldu

27 Sentyabr 2015, 20:27



Sentyabrın 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı keçirilib. Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutan toplantıda sədr seçkisi də gerçəkləşib.

Qurultayda AXCP sədrliyinə namizədlər öncə partiya lideri Əli Kərimli və İdarə Heyərinin üzvü Sahib Kərimli olub. Lakin səsvermənin gizli keçirilmədiyini əsas gətirən Sahib Kərimli çıxış edərək, namizədliyini geri götürüb. O, növbəti seçkilərdə yenidən sədrliyə iddialı olacağını vurğulayıb.

Belədə Əli Kərimliyə alternativ olmayıb və o, yenidən AXCP sədri seçilib.

AXCP-nin Nəzarət Təftiş komissiyasına da seçkilər keçirilib. Təzəxan Mirələmli, Sevda Talıblı, Fədai Qaraxanlı, Yeganə Sadıqlı, Aydın Əliyev, Mirfeyzulla Seyidov və Sultan Murad komissiyaya üzv seçiliblər.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi