Modern.az

AXCP üzvü: “Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı”

AXCP üzvü: “Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı”

Təhsil

28 Sentyabr 2015, 09:20


AXCP-nin qurultayında sədrliyə iddialı olan qurumun İdarə Heyətinin üzvü Sahib Kərimli qurultaysonrası rəhbərliyə qarşı növbəti ittiham səsləndirib.

Modern.az saytı xəbər verir ki, Sahib Kərimli bildirib ki, onun sədrliyə iddia etməsi ciddi basqılar və təhdidlər altında, demokratik vərdişlərin mənimsənilmədiyi bu mühitdə olub.

“Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, israrla söz ala bildim. Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi, amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə namizədliyimi geri götürdüm. Gizli səsvermə ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə, düşünürəm. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir”.

S.Kərimli Əli Kərimliyə 2018- ci ilin prezident seçkilərində uğurlar arzu etdiyini bildirib:

“Və həmçinin qeyd etdim ki, 2018-ci ildə siz artıq, 18 ilin partiya sədri olaraq, 4 prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lider olacaqsız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam.
Partiyanın heç bir seçkili orqanında təmsil olunmayacam, sıravi üzv qalacam, bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür.
Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam.
Bu gündən müzakirələri birtərəfli qaydada dayandırıram”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi