Ekspertlər belə qənaətə gəliblər ki, Rusiyanın tanınmış müxalif siyasətçisi Boriz Nemtsovun qətlə yetirilməsində “İj” markalı tapançadan istifadə edilib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bütün güllələr siyatəçinin kürəyindən dəyib.
Situasiya ilə tanış olan mənbə istintaqın başa çatdırdığı ekspertizanın bəzi detallarını açıqlayıb. Onun sözlərinə görə, müəyyən edilib ki, cinayət törədilən zaman Nemtsov yolun hərəkət zolağına yaxın yeriyib, onun tanışı Anna Duritskaya isə sağında olub. Cinayətkar atəş açanda siyasətçi güman ki, sola dönərək sol çiyni tərəfdən arxaya boylanmağa cəhd edib. Nemtsovun kürəyinə atılan altı güllədən dördü ölümcül olub. Killerin istifadə etdiyi güllələr 1982 və 1986-cı illər istehsalı olub.
Modern.az