Modern.az

Putinin mətbuat katibi vəfat etdi

Putinin mətbuat katibi vəfat etdi

28 Sentyabr 2015, 10:10


Rusiya prezidentinin işlər üzrə idarəsinin mətbuat katibi Viktor Xrekov vəfat edib.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Xrekov əməliyyat olunsa da, onun səhhəti yaxşılaşmayıb və mətbuat katibi bu gün səhər saatlarında vəfat edib.

Viktor Xrekov 1954-cü il iyulun 24-də anadan olub. 1976-1992-ci illərdə  “TASS” informasiya agentliyində müxtəlif vəzifələr tutub.

O, 1999-cu ildən prezidentin işlər üzrə idarəsinin mətbuat katibi idi.      

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi