Modern.az

Deputat “Molla Nəsrəddin”in orijinal nüsxələrini aldı - FOTO

Deputat “Molla Nəsrəddin”in orijinal nüsxələrini aldı - FOTO

28 Sentyabr 2015, 11:33

“Dünən Bakının köhnə əşyalar satılan mağazalarının birindən "Molla Nəsrəddin” jurnalının üç sayını aldım. 29, 36 və 37 saylı jurnallar 100 il üçün pis qalmayıb. Belə qiymətli xəzinənin sahibi olmaq böyük xoşbəxtlikdir”.

Modern.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə özünün şəxsi Facebook səhifəsində yazıb.

1906-cı il aprelin 7-dən 1931-ci ilə qədər fasilələrlə çıxan jurnalın orijinal nüsxələrini bu gün bir sıra mağazalar və evlərdə tapmaq olar.

 Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi