Modern.az

Eks-millət vəkili: “Azərbaycan “deputatlar”dan imtina etməlidir”

Eks-millət vəkili: “Azərbaycan “deputatlar”dan imtina etməlidir”

28 Sentyabr 2015, 11:47


Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə yaradılan dailykarabakh.com saytının təqdimat mərasimində iştirakı zamanı ona, “millət vəkili” deyə xitab olunmasına qarşı çıxıb: “Biz millət vəkili deyilik, deputatıq, gəlin Konstitusiyaya hörmət edək” deyən İlyas İsmayılov qanunvericilikdə “millət vəkili” sözünün olmadığını xatırladıb.

Hüquqşünas, sabiq deputat Əliməmməd Nuriyev isə Modern.az saytına parlament üzvünün “millət vəkili” adlandırılmasının qanunazidd olmadığını deyib:

“Qanuna görə, Milli Məclisə seçilənlər deputat adlanır. Məzmun və mənasına görə ali orqana seçilənlər “millətin vəkili” hesab olunur. Dünyanın bir çox ölkələrində də məhz belə adlanır.

Azərbaycanda rəsmi müraciət kimi deputat adlanmalıdır. Amma düşünürəm ki, Milli Məclisə seçilən şəxsin “millət vəkili” adlandırılmasında qəbahətli, qeyri-adi, qanunazidd heç nə yoxdur. Çünki bu, qanunla qadağan deyil və qanun pozuntusu hesab olunmur”.

Hüquqşünas maraqlı təkliflə çıxış edib:

“Əslində Azərbaycanda “deputat” sözündən imtina edilməlidir. Çünki bu söz Azərbaycan dilinin qaydalarına ziddir. Ən münasibi “millət vəkili” ifadəsidir. Düşünürəm ki, gələcəkdə termin dəyişikliyi etməyə ehtiyac var”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama