
Dünən Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az saytı lent.az
-a istinadən xəbər verir ki, Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero-İo" markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Məlum olub ki, qəzada həlak olan Kamran Babazadə Bakı Dövlət Universitetinin tələbəsi olub. O, bu il yüksək balla ali məktəbə qəbul olunubmuş. Avtomobili isə ona hədiyyə olaraq alıblar.