Modern.az

Almaniyadakı miqrant şəhərciyində kütləvi QARŞIDURMA: 14 nəfər yaralanıb

Almaniyadakı miqrant şəhərciyində kütləvi QARŞIDURMA: 14 nəfər yaralanıb

28 Sentyabr 2015, 12:34


Almaniyanın Karsel şəhəri yaxınlığındakı qaçqınlar üçün nəzərdə tutulan düşərgədə 60 nəfərə yaxın adam dalaşıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, münaqişə sentyabrın 27-də saatlarında albanlarla pakistanlılar arasında baş verib. Qarşıdurma nəticəsində ümumilikdə 14 nəfər yaralanıb, onlardan 3-ü münaqişənin qarşısını almağa cəhd edən polisdir.

Miqrantlar ikinci dəfə həmin gün axşam dalaşıblar. Bu dəfə qarşıdurmada 300-ə yaxın adam iştirak edib. Münaqişə tərəfləri dəyənək və gözyaşardıcı qazdan istifadə ediblər. Güc strukturları münaqişəni yalnız bir neçə saat sonra həll edə biliblər.

Həmin düşərgədə ümumilikdə 18 ölkədən 1500 qaçqın məskunlaşıb.  

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi