Modern.az

Səməd Seyidov AŞPA-da vitse-prezident vəzifəsinə seçilib

Səməd Seyidov AŞPA-da vitse-prezident vəzifəsinə seçilib

28 Sentyabr 2015, 20:58

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin (MK) iclası keçirilib və iclasın gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.

Modern.az bildirir ki, seçkilərdə Azərbaycanın  AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yekdilliklə komitənin sədr müavini vəzifəsinə seçilib. 

Səməd Seyidov bunun Azərbaycana verilən etimadın göstəricisi olduğunu bildirdi. “Mən bu posta Avropa Mühafizəkarları fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda, bu mənim Monitorinq komitəsində uzun illər işimin nəticəidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu Azərbaycana göstərilən etimadın göstəricisidir. Xüsusilə MK, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir". (APA) 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU