Modern.az

ATƏT sədri Azərbaycana və Ermənistana ÇAĞIRIŞ etdi

ATƏT sədri Azərbaycana və Ermənistana ÇAĞIRIŞ etdi

29 Sentyabr 2015, 09:05


ATƏT-in sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Modern.az ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İvitsa Daçiç Azərbaycan və Ermənistanın təmas xəttində son vəziyyət və Azərbaycan və Ermənistan rəsmiləri ilə aparılan danışıq prosesi barədə məlumatlandırılıb.

Daçiç təmas xəttində son eskalasiyanı qətiyyətlə pisləyib, və tərəfləri maksimal təmkinliliyi göstərməyə çağırıb.

ATƏT-in sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salması üçün tərəfləri danışıq prosesinin irəliləyişinə çağırdı.

Sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.

Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var