Modern.az

“İqbal Ağazadə adi bir rəqibdir”

“İqbal Ağazadə adi bir rəqibdir”

29 Sentyabr 2015, 11:13


Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ilə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) rəhbəri Araz Əlizadə eyni dairədən deputatlığa namizəddirlər.

35 saylı Xətai üçüncü seçki dairəsində rəqib olan partiya sədrləri mətbuata açıqlamalarında hərəsi özünün potensial namizəd olduğunu iddia edib.

ASDP sədri Araz Əlizadə Modern.az saytına bununla bağlı yeni açıqlama verib. O deyib ki, İqbal Ağazadə hamı kimi, sadəcə, adi bir rəqibdir.

“Ona görə də bu seçkidə sağlam mübarizəyə ümid edirəm", - deyən Araz Əlizadə mübarizədən çəkinmədiyini də vurğulayıb: “Həyat mübarizədir. Düşünürəm ki, bu mübarizədə insan qalib gəlməyə ümid etməlidir".  

Milli Məclisə seçkilər noyabrın 1-də olacaq.

Namidə Bingöl    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var