Modern.az

“İrəli” yeni əməkdaşlığa başlayır

“İrəli” yeni əməkdaşlığa başlayır

29 Sentyabr 2015, 10:35


“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Bank Tədris Mərkəzi birgə əməkdaşlığa başlayır. Əməkdaşlıq əsasında gənclər üçün müxtəlif mövzularda açıq qapı və master klassların təşkil edilməsi, gənc sahibkarlar üçün biznes təlimlərinin keçirilməsi, banklarla “İRƏLİ” hərəkatı arasında əməkdaşlığa dəstək verilməsi, gənclərin işə düzəlməsi ilə əlaqədar hazırlanmış meyarlar əsasında qiymətləndirmələrin aparılması, bankların insan resursları strukturlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi və gənclərin inkişafına təkan verən digər layihələrin həyata keçirməsi nəzərdə tutulub.

Modern.az xəbər verir ki, əməkdaşlığın ilkin mərhələsində olaraq “Həyat dərsləri və gənclər üçün tövsiyələr” mövzusunda azərbaycan, rus və ingilis dillərində gənclərlə görüşlər baş tutacaq. Görüşlərə eyni zamanda biznes həyatında kifayət qədər uğur qazanmış nümayəndələr dəvət ediləcək.

Digər qarşılıqlı maraq doğuran və gənclərin inkişafına təkan verən layihələr həyata keçirmək və əməkdaşlığın daimiliyini qoruyub saxlamaq məqsədi ilə rəsmi və qeyri-rəsmi kollektiv görüşlərin təşkili nəzərdə tutlub.

Həmçinin Universitetlər arasında Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan tələbələr tərəfindən təklif olunan startap layihələrin müsabiqə yolu ilə seçilməsi və ən uğurlu biznes layihəsinin reallaşdırılması üçün gənc sahibkarlara dəstək olunması qarşılıqlı əməkdaşlıq çərçivəsində nəzərdə tutulan məsələlərindəndir. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var