ABŞ-ın CNN telekanalının xəbərlərinin aparıcısı Eşli Banfild birbaşa efirdə Rusiya prezidentini indiki dövlət başçısı Vladimir Putinin sələfi olan Boris Yeltsin adlandırıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, Banfild bu yanlışlığı Putin BMT-nin Baş Assambleyasındakı çıxışını başa vurandan sonra edib.
Ancaq aparıcı tez səhvini başa düşüb gülümsəyərək tamaşaçılardan üzr istəyib: “Oy, bağışlayın məni! Mən 20 il geriyə qayıtmışam”.O, bundan sonra Putinin BMT-nin Baş Assambleyasındakı çıxışından danışmağa başlayıb və Rusiyanın indiki dövlət başçısının adını səhv salmayıb.