Modern.az

Təmas xəttində yaşayan 2000 ailə bayram sevinci yaşadı

 Təmas xəttində yaşayan 2000 ailə bayram sevinci yaşadı

29 Sentyabr 2015, 14:39

Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməkdədir.
Gəncliyə Yardım Fondunun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) birbaşa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir. Bu il də kəsilən qurban ətinin bir hissəsi Nazirlər Kabinetinin göstərişi ilə başda Ağdam  rayonunun təmas xəttində yerləşən Ayaqqərvənd qəsəbəsi, Ortaqərvənd, Ortaqışlaq, Bənövşələr, Səfərli kəndlərində məskunlaşan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəmintlı ailələrə paylanıb.
Fonddan Modern.az-a bildirilib ki, qeyd edilən bölgələrdə yaşayan 2000 ailə bayran sevincini Gəncliyə Yardım Fondu ilə birgə yaşayıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var