Modern.az

MTN Suriyada döyüşən azərbaycanlını tutdu

MTN Suriyada döyüşən azərbaycanlını tutdu

29 Sentyabr 2015, 15:57


Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

APA-nın məlumatına görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub. 

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.   Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.   

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var