Modern.az

Coca Cola, Sprite və Fanta ev şəraitində hazırlana biləcək - Yenilik

Coca Cola, Sprite və Fanta ev şəraitində hazırlana biləcək - Yenilik

29 Sentyabr 2015, 16:17


ABŞ-ın “Keurig Green Mountain” şirkəti Coca-Cola ilə birlikdə inqilabi layihənin gerçəkləşdirilməsinə başlayıb.

Modern.az xarici KİV-ə istinadla bildirir ki, şirkət ev şəraitində Coca Cola, Fanta və Sprite hazırlamağa imkan verən aparatları satışa çıxaracaq.  

Həmin qazlaşdırılan içkiləri hazırlamaq üçün alıcılar mağazalarda xüsusi ilə həmin aparatlar üçün hazırlanan və karbohidratla zəngin xüsusi sirop konsentrasiyalarını almalıdırlar.  

Artıq ABŞ sakinləri internet vasitəsilə həmin aparatın sifarişinə başlayıblar.    

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var