Braziliyanın aşağı divizionunda “Amantes de Bola” və “Brumadinko” klubları arasında keçirilən oyunda ev sahibi komandanın futbolçuları rəqibə qırmızı vərəqə göstərməsi üçün hakimə hücum ediblər.
Modern.az xarici mediaya istinadən bildirir ki, braziliyalı hakim Qabriel Murta özünümüdafiə üçün tapança çıxarıb.
Onun əsas peşəsi polisdir. Qabriel Murta cəzalandırılacaq və psixoloji ekspertizadan keçiriləcək. Bunun nəticəsində onun hakimlik hüququndan məhrum edilə biləcəyi istisna deyil.
Modern.az