Modern.az

Neftlə bağlı ürəkaçmayan açıqlama

 Neftlə bağlı ürəkaçmayan açıqlama

29 Sentyabr 2015, 21:43

Neftin qiyməti uzun müddət 45 dollar ətrafında qalacaq.

Modern.az bildirir ki, bu barədə Avstriyanın “ Kuryer” qəzetinə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fateh Birol deyib.

“Neftin qiymətinin gələcəkdə 100 dollar olması ilə bağlı suallara gəldikdə, sadəcə onu deyə bilərəm ki, neftin dünya bazar qiymətindəki aşağı həddi bir neçə rüb davam edəcək. Bu proses böyük neft şirkətləri üçün çox böyük problemlər deməkdir. Hətta investisiyaların həcmi bu il beşdə birə qədər azalıb. Çünki builki qədər aşağı hədlə qarşılaşmamışdılar”, - deyə Fateh Birol bildirib. (Axar.az)

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var