Modern.az

İmişlidə qatarla avtomobil toqquşdu-2 nəfər xəsarət aldı

İmişlidə qatarla avtomobil toqquşdu-2 nəfər xəsarət aldı

30 Sentyabr 2015, 00:41

 İmişlidə qatarla avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Modern.az bildirir ki, qəza bu gün axşam saatlarında İmişli rayonunun ərazisində Bəhrəmtəpə-Beyləqan dəmiryolunda baş verib.

Fizuli rayonunun Horadiz qəsəbəsinin sakini, 27 yaşlı Elçin Rasim oğlu Ağayev tərəfindən idarə olunan "Mercedes" markalı avtomobillə dəmiryolunu keçməyə cəhd edərkən qatarla toqquşub.

Qəza nəticədə sürücü və avtomobildə olan sərnişin Füzulu rayon sakini, 1986-cı il təvəllüdlü Tofiq Əhməd oğlu Süleymanov müxtəlif xəsarətlər alıblar. Hər iki yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var