Modern.az

Aspirin mədə-bağırsaq xərçəngindən qoruyur

Aspirin mədə-bağırsaq xərçəngindən qoruyur

30 Sentyabr 2015, 11:21


Davamlı aspirin qəbul edən mədə-bağırsaq xərçəngi xəstələrinin sağ qalma şansı istifadə etməyənlərdən iki dəfə çoxdur.  

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyada 14 min xərçəng xəstəsi ilə aparılan 4 illik araşdırmanın nəticələrini Leiden Universitetindən Doktor Martin Frouws Vyanadakı 2015 Avropa Xərçəng Konqresində açıqlayıb.  

Konqresə qatılan professor Peter Naredi isə aspirinin bağırsaq xərçənginə qarşı qabaqlayıcı təsir göstərdiyinə dair dəlillərin olduğunu, Doktor Frouws və qrupunun araşdırmasının da aspirinin mədə xərçəngi xəstələrinin həyatda qalma şansını artırdığı istiqamətində nəticə verdiyini qeyd edib.  

Professor Naredi bu istiqamətdə araşdırmaların aparıldığını və aspirinin faydasının sübutu üçün zamana ehtiyac olduğunu bildirib.    

Vüsalə Qəzənfərqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var