Modern.az

Araz Əlizadənin deputatlığa namizədliyi qeydə alındı

Araz Əlizadənin deputatlığa namizədliyi qeydə alındı

30 Sentyabr 2015, 11:32


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin deputatlığa namizədliyi qeydə alınıb.
Modern.az saytı xəbər verir ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsində deputat mnandatı uğrunda mübarizə aparacaq.
Bu dairədə Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də yenidən namizəd olub.

Araz Əlizadə Modern.az-a açıqlamasında İqbal Ağazadə ilə mübarizədən çəkinmədiyini vurğulayıb: “Həyat mübarizədir. Düşünürəm ki, bu mübarizədə insan qalib gəlməyə ümid etməlidir".  

Milli Məclisə seçkilər noyabrın 1-də olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var