Modern.az

Milli Məclisdə müəllim və həkimlərin məsələsi qaldırıldı

Milli Məclisdə müəllim və həkimlərin məsələsi qaldırıldı

Təhsil

30 Sentyabr 2015, 12:29

“Müəllim və həkimlərə ipoteka almaq xüsusi güzəşt edilməlidir”

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir. Modern.az-ın verdiyi xəbərə görə,  Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra çıxış edən Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, səhiyyə, qanunvericilik sahəsində görülən işlər göz qabağındadır:

“Uşaqların icbari dispanzeriyası ilə bağlı Milli Məclis qanun qəbul edib. Təklif etdiyim məsələ uşaqların anadangəlmə lal-kar dünyaya gəlməsi ilə bağlıdır və qanunvericilikdə dəyişiklik etsək, yaxşı olar.

Bu cür problemi olan uşaqlara  3 yaşa qədər müdaxilə edilməsə, onlar ömürlərinin sonuna qədər lal-kar olurlar. İldə 130-150 nəfər belə uşaq dünyaya gəlir, onları əməliyyat etməklə bu problem tamamilə aradan qalxır və normal yaşıdları kimi həyatına davam edir.

Bu əməliyyat özəl və dövlət tibb müəssisələrində aparılır. Əməliyyatlar 15-20 min manata başa gəlir və dövlət müəssislərində daha ucuzdur. Bunun üçün 2 milyon və ya 2 milyon yarım vəsait lazımdır ki, bu problem aradan qalxsın”.

Deputat deyib ki, Heydər Əliyev Fondu və dövlətin hesabına bu problem müəyyən qədər aradan qaldırılır: “Xahiş edirəm ki, səhiyyə qanunvericiliyimizə dəyişiklik edilməsinə icazə verilsin”.

Musa Quliyev müəllimlərin və həkimlərin ipoteka məsələsinə də toxunub:

“İpoteka ilə bağlı cənab prezidentin göstərişi var. Amma müəllim və həkimlərin maaşı az olduğu üçün bu ipotekadan yararlana bilmirlər. İstərdim ki, onlar xüsusi katerqoriyaya aid edilsin və onlar da ipotekadan yararlana bilsinlər”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var