Modern.az

Azərbaycanda ən aşağı məzuniyyət 21 gün olacaq

Azərbaycanda ən aşağı məzuniyyət 21 gün olacaq

30 Sentyabr 2015, 13:27


Milli Məclis “Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsinə iki dəyişiklik edilib:  

“Bunlardan biri texniki məsələdir. İkinci məsələ isə Azərbaycan vətəndaşlarının məzuniyyəti üçün önəmlidir. Belə ki, Azərbaycan vətəndaşları üçün bu qanuna uyğun olaraq ən aşağı məzuniyyət 21 gün elan ediləcək. Bu da Azərbaycan vətəndaşlarına xidmət edən dəyişiklikdir”.    

Aytən Zəhra  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var