Modern.az

Diplomatik xidməti vəzifələrini yerinə yetirə bilməyənlər vaxtından əvvəl geri çağırılacaqlar – DƏYİŞİKLİK

Diplomatik xidməti vəzifələrini yerinə yetirə bilməyənlər vaxtından əvvəl geri çağırılacaqlar – DƏYİŞİKLİK

30 Sentyabr 2015, 13:41


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmət haqqında" qanununda dəyişikliklər edilməsi məsələsi müzakirə edilərək qəbul edilib.

Modern.az xəbər verir ki, qanuna edilən dəyişikliklərin zərurəti barədə Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr komitəsinin üzvü Azər Kərimli məlumat verib.  

O bildirib ki, bu gün yüzlərlə layiqli  diplomatlarımız var.

“Bu dəyişiklik qanundakı boşluğun aradan qaldırılmasına xidmət edir. Dəyişikliyə əsasən əgər xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə diplomat vaxtından əvvəl geri çağırıla bilər və ya o şəxsin vəzifəsi aşağı salına bilər”.  

Müzakirələrin yekunu olaraq qanuna dəyişiklik qəbul edilib.  

Aytən Zəhra  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var