Azərbaycan Kommunist Partiyası (AKP) parlament seçkilərində iştirak edəcək.
Bu barədə Modern.az saytına partiyanın sədri Rauf Qurbanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Kommunist Partiyası qarşıdan gələn parlament seçkilərinə çox ciddi hazırlaşır:
“Kommunist Partiyası parlament seçkilərində aktiv iştirak edəcək. Artıq partiya seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirib, imzatoplama kampaniyasını başa vurub və sənədlər baxılması üçün müvafiq dairə seçki komissiyasına təqdim olunub.
Artıq 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Əlövsət Veyisov və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Səbinə Abdullayevanın namizədliyi qeydə alınıb.
Onu da qeyd edim ki, mən özüm də artıq parlament seçkilərində iştirakla bağlı qəti qərara gələrək 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.
Vüsalə Qəzənfərqızı