Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ilə bağlı yayılan söz-söhbət səngimək bilmir. Növbəti söz-söhbət institutda aparılan yoxlamalarla bağlıdır.
Maraqlısı budur ki, direktor Tofiq Hacıyev məsələ barədə iki gün fasilə ilə mətbuata fərqli açıqlamalar verib. O, ilk açıqlamasında yoxlamanın Maliyyə Nazirliyinin apardığını deyib. Tofiq Hacıyev bu gün isə bildirib ki, bu açıqlama onun adından yanlış yayımlanıb: “Mən belə bir açıqlama verməmişəm”.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Mayıs Piriyev bildirib ki, nazirlik institutda yoxlama aparmır:
“Hazırda Maliyyə Nazirliyi tərəfindən Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda hər hansı mövzuda yoxlama-nəzarət tədbiri aparılmır” .
Gülşən RAUFQIZI