Modern.az

Ağdamda kikboksinq yarışı keçiriləcək

Ağdamda kikboksinq yarışı keçiriləcək

30 Sentyabr 2015, 18:18

Oktyabr ayının 1-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş Ağdamda kişilər arasında peşəkar kikboksinq turniri keçiriləcək.
Turnirlə bağlı Modern.az-a məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu kimi tədbirlərin keçirilməsinin cəmiyyətdə vətənpərvərlik ruhunu və bölgələrdə gənclər arasında idmana olan marağı artırmağa hesablandığını qeyd edib.

“Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Yarışa peşəkar idmançılar qatılacaq. Hesab edirəm ki, bu kimi tədbirlər kikboksinqin bölgələrdə inkişafına səbəb olacaq və ümumiyyətlə, gənclər arasında idmana marağın artmasına təkan verəcək. Bu yarışda həmçinin, AKF-nin təqdim planına əsasən 2015-2016-ci illərdə beynəlxalq yarışlarda iştirak edəcək peşəkarlararası yığma komandanın tərkibi müəyyən ediləcək”. 

Qeyd edək ki, xatirə turniri saat 12:00 da Ağdam Olimpiya Kompleksində baş tutacaq. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək