Modern.az

Deputat və köməkçisi eyni dairədən namizəd oldular - MARAQLI

Deputat və köməkçisi eyni dairədən namizəd oldular - MARAQLI

30 Sentyabr 2015, 18:23

Milli Məclisin deputatlarından birinin həm özü, həm də köməkçisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak edəcəklər. Modern.az saytı xəbər verir ki, onların hər ikisi 70 saylı Masallı şəhər seçki dairəsində deputatlığa namizəd olaraq qeydə alınıblar. Bunlar 70 saylı Masallı şəhər seçki dairəsinin hazırki deputatı Nəriman Əliyev və onun köməkçisi Mirnizam Vahabovdur.

Qeyd edək ki, iş adamı kimi tanınan Nəriman Əliyev hakim Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülüb. O, hazırki parlamentin passiv deputatlarından biri sayılır.

70 saylı Masallı şəhər seçki dairəsində Nəriman Əliyevin hələ ki 4 rəqibi var, hamısı öz təşəbbüsləri ilə namizəd olublar. Bəzi məlumatlara görə, həmin namizədlər N.Əliyevə yaxınlığı ilə tanınırlar və onları seçkilərə qatılmağı deputatın özü həvəsləndirib. Burada məqsəd isə seçkilərə çox sayda alternativlə getmək mənzərəsi yaratmaqdır.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək