Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Avropa İttifaqının qonşuluq qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb.
Modern.az-ın məlumatına görə, E. Məmmədyarov Avropa Parıamenti tərəfindən Azərbaycan haqqında qəbul edilmiş əsassız və cəfəng qətnamə vasitəsilə bəzi dairələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurmaq məqsədi güddüklərini diqqətə çatdırıb. O, qətnamənin və qərəzli münasibətin qəbuledilməz olduğunu vurğulayıb.Y. Han Avropa İttifaqının Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və hətta bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirib. O, qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi məqsədilə yaxın zamanlarda təmaslara başlanacağına ümidvar olduğunu söyləyib.
Modern.az