Modern.az

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

30 Sentyabr 2015, 20:27

Azərbaycan prezidenti İlham Əliyev prokurorluq əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə,  Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Rəcəbov Nazim Hafiz oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi.

Abbasov Elşən Akif oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi.

Məcidov Ramil Abbas oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi. 

Məmmədov Anar Rəhim oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi. 

Dövlət başçısı prokurorluğun bir qrup əməkdaşının təltif edilməsi haqqında da sərəncam imzalayıb.Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif edilsinlər: 

"İgidliyə görə” medalı ilə: 

Abdullayev Abdulla Həndəm oğlu

Bayramlı Qəzənfər Məmməd oğlu 

Qubadov Səyyaf Mövsüm oğlu 

Muradov Namiq Səyavuş oğlu 

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə: 

Abbasov Müşfiq Elman oğlu 

Ağayev İsmayıl Ramiz oğlu

AslanovƏdalət Kərəm oğlu 

Azadəliyev Seyhun Cəbrayıl oğlu

Babayev Orxan Zahid oğlu 

Əliyev Aydın Zöhrab oğlu

İsmayılov Tahir Sabir oğlu 

Qafarov Ramiz Surxay oğlu 

Qasımlı Mehman Balamirzə oğlu

Qocayev Emzar Eldar oğlu 

Məmmədov Qasım Yasin oğlu 

Mirzəyev Rəşad Ziyafət oğlu 

Musayev Elnur Novruz oğlu 

Musayev Fuad Möhübbət oğlu 

Paşayev Sənan İsa oğlu 

Rəhimov Daşqın Hidayət oğlu 

Rüstəmov Xəyyam Yaqub oğlu 

Rzayev Səttar Firid oğlu 

Səfərov Faiq Rəsul oğlu

Süleymanov Rəfael Mürşüd oğlu 

Şıxəliyev Nihad Ənvər oğlu 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək